Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək

Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək

Hazırda oxunan: Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
211094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq.

Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

2024-cü ilin 2-ci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO