Gültəkin Kərimova: "Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər" - FOTO

Gültəkin Kərimova: "Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər" - FOTO

Hazırda oxunan: Gültəkin Kərimova: "Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər" - FOTO
210038
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram.

Bizim.Media xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən sabiq məcburi köçkün Gültəkin Kərimova jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, bu gün sevinc hissi kədər hissinə qarışıb: "Mən Şuşada müəllim işləmişəm. Məcburi köçkün həyatımızı Bakıda Bilgəh qəsəbəsində yerləşən pansionatda yaşamışıq.

Sevinirəm ki, öz doğma yurduma qayıdıram, kədərlənirəm ki, bu illər ərzində doğmalarımızı itirdik, şəhidlər verdik. Şuşanı görmək arzusu ilə doğmalarımız həyatdan köçdülər.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 30 ailə (102 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO