Argentina qəzetində ermənilərin yalanları ifşa edildi - FOTO

Hazırda oxunan: Argentina qəzetində ermənilərin yalanları ifşa edildi - FOTO

20482

Argentinanın nüfuzlu və geniş oxucu kütləsinə malik “La Nacion” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun yerli erməni icmasının qondarma erməni soyqırımı ilə bağlı, həmçinin ölkəmizə qarşı yaydığı yalanlarını ifşa edən məqaləsi dərc olunub

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, yazıda Azərbaycanın heç bir dövlətin ərazisinə hücum etmədiyi və torpağını işğal etmədiyi, əslində 30 il ərzində Ermənistan tərəfindən işğal edilmiş, əhalisi etnik təmizləməyə məruz qalmış torpaqlarını beynəlxalq hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında azad edərək, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdiyi bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzurdan köçürüləcək - "Hraparak" qəzeti


Eyni zamanda, Azərbaycanın çoxsaylı erməni mənşəli vətəndaşları olduğu halda Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşamamasının hansı dövlətin hansı dövlətə qarşı “fobia”sının olmasını aydın göstərdiyi qeyd edilir.

Erməni icması və dövlətinin iddialarının əksinə olaraq, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməsinin qondarma erməni soyqırımı ilə heç bir əlaqəsi olmadığını, Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələrin tarixçilər tərəfindən araşdırılmalı olduğunu və siyasiləşdirilərək Türkiyəyə qarşı bir alət kimi istifadə edilməsinin yanlış olduğu deyilir.

Azərbaycan və Türkiyəyə qarşı aparılan bu kampaniyanın təcavüzkarın qurban kimi təqdim edilməsi məqsədi güddüyünü, əslində isə “humanitar fəlakət” termininin 1918 (Bakı və Quba), 1988-1994 (Qarabağ) və 2020-ci ildə (Gəncə, Bərdə və Tərtər) ermənilər tərəfindən Azərbaycan ərazisində azərbaycanlıların kütləvi qırğını və etnik təmizlənməsinə aid olduğu qeyd edilir.
 

Həmçinin, Ermənistan tərəfindən işğalı dövründə Azərbaycanın azad edilmiş ərazilərində dini və mədəni irsinin dağıdılmasından, azərbaycanlılara qarşı törədilmiş qırğınlar və cinayətlərdən dünyanın artıq xəbərdar olduğu vurğulanır.


Məktubun sonunda Ermənistan-Azərbaycan münaqişəsinin sona çatdığı, bu gün Azərbaycanın azad edilmiş ərazilərin bərpa edilməsi, regionda inkişafın təmin olunması, birgəyaşayış və sülh mədəniyyətinin formalaşması istiqamətində çalışdığı diqqətə çatdırılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO