Dənizdə batan şəxs arvadı ilə balıq tutmağa gedibmiş - FOTO

Dənizdə batan şəxs arvadı ilə balıq tutmağa gedibmiş - FOTO

Hazırda oxunan: Dənizdə batan şəxs arvadı ilə balıq tutmağa gedibmiş - FOTO
196742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər çimərliyində batan Mikayıl Mirzəyevlə bağlı bəzi təfərrüat məlum olub. 

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər veir ki,  hadisə Xəzər rayonunun Dübəndi yaşayış massivi yaxınlığında baş verib. 

Belə ki, ötən gün səhər saatlarında 1978-ci il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyev arvadı Zemfira İbrahimova ilə birlikdə nəzarətsiz ərazidə sualtı balıq ovu edərkən dənizdə batıb. 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub. 

Onun meyiti dəniz sahilindən 800 metr məsafədə yerləşən qayanın yaxınlığında aşkar edilib. Qeyd edək ki, Xəzər çimərliyində batan şəxs sualtı idman növü ilə məşğul imiş. 

Dənizdə batan şəxs arvadı ilə balıq tutmağa gedibmiş - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO