Dostu ilə əmisini qətlə yetirən şəxslə bağlı QƏRAR VERİLDİ

Dostu ilə əmisini qətlə yetirən şəxslə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Dostu ilə əmisini qətlə yetirən şəxslə bağlı QƏRAR VERİLDİ
195936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Tərtərdə əmisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kərimov və Zamin Abbaszadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Kərimov 17 il, Z.Abbaszadə isə 17 il 6 ay azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Ziyaməddin Kərimovun qətlə yetirilməsi barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və dostu, Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər – Z.Abbaszadə və C.Kərimov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO