Milli Parkda skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

Milli Parkda skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Milli Parkda skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

194188

"Milli Parkda elektron skuterdən yıxılan qız qapalı kəllə-beyin travması alıb".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Məlumatda qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Dənizkənarı Bulvar ərazisindən 25 may tarixində saat 15:18-də 13 yaşlı şəxsin (cinsi qadın) yıxılması səbəbi ilə çağırış daxil olub.
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə, 13 yaşlı şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub".

Xatırladaq ki, ötən gün Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO