Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın ilk üzvü

Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın ilk üzvü

Hazırda oxunan: Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın ilk üzvü

194107

Şəki şəhər kimya-biologiya təmayüllü liseyin 8-ci sinif şagirdi Turan Musayev Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, komandanın üzvlərini müəyyənləşdirmək üçün keçirilən imtahanda uğur qazanaraq ölkəmizi təmsil edəcək 6 olimpiadaçı şagirddən biri kimi Turan milli komandaya üzv seçilib.

Qeyd edək ki, Turan Musayev 2023-2024-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazanıb.

Beynəlxalq Olimpiadada ölkəmizi təmsil edəcək komandanın digər üzvlərinin də seçimi qarşıdakı günlərdə bəlli olacaq. Daha sonra komanda üzvləri bir araya gələcək və yarışlara hazırlaşacaqlar. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO