Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Hazırda oxunan: Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO
188016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərlə razılaşmayıb, həmkarına etirazını bildirib:

“Azərbaycanda dövlət maliyyə nəzarəti acınacaqlı vəziyyətdədir” kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən işləri ya görməzlikdən gəlmək, ya da üzərindən xətt çəkməkdən ibarətdir”.

Qüdrət Həsənquliyev Tahir Mirkişilinin etirazına cavab verib:

“Mən Tahir müəllimin etirazını başa düşmədim. Əgər 31 auditdən 27-də büdcə qanunvericiliyinin pozulması aşkarlanıbsa, deyim ki, maliyyə intizamı yaxşı vəziyyətdədir? Bunu necə demək olar? 31 auditdən 27-də ciddi nöqsanlar aşkar olunub. Bu səbəbdən etiraz edəndə də gərək ədalətli olmağa çalışasınız”.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO