Agentlikdən Ukraynada təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ – “Heç bir güzəşt olmayacaq”

Agentlikdən Ukraynada təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ – “Heç bir güzəşt olmayacaq”

Hazırda oxunan: Agentlikdən Ukraynada təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ – “Heç bir güzəşt olmayacaq”

186367

“Ukraynada təhsil almaq istəyən tələbələrə birmənalı olaraq həmin ölkədəki universitetlərə getməməyi tövsiyə edirik”.

Bizim.Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli deyib.

O bildirib ki, yaxınlarda hansı tarixdən etibarən Ukrayna universitetlərindən daxil olan diplomları tanınmayacaqları barədə açıqlama veriləcək:

"Ukraynada müharibə başlayan ərəfədə sonuncu kursda təhsil alan azərbaycanlı tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən diplomların tanınmasında güzəştlər tətbiq edildi. Lakin bu güzəştlər növbəti illərdə oraya üz tutan tələbələrə aid deyil. Kimlər yerli imtahanda iştirak edib, müvafiq balı toplaya bilmir, ora attestatla qəbul olub, birinci kursdan sonra müharibəni səbəb kimi gətirərək ölkə daxili universitetlərə transfer edilmələrini tələb edirlər. Həmin tələbələrə güzəştlər tətbiq olunmayacaq".

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO