“Haber Global”: Xocalıda 32 il sonra dəfn mərasimi keçirildi - VİDEO

“Haber Global”: Xocalıda 32 il sonra dəfn mərasimi keçirildi - VİDEO

Hazırda oxunan: “Haber Global”: Xocalıda 32 il sonra dəfn mərasimi keçirildi - VİDEO

185026

Türkiyənin “Haber Global” telekanalı Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin dəfn mərasimini işıqlandırıb.

Bizim.Media xəbər verir ki, telekanalın bölgəyə ezam olunmuş əməkdaşı dəhşətli gecədə erməni vəhşiliklərinə məruz qalmış insanların yalnız 32 il sonra öz yaxınlarının iştirakı ilə dəfn edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, dəfn edilən şəxslərin hamısı mülki şəxslər olublar.

Qeyd olunub ki, uzun illər keçməsinə baxmayaraq, Xocalı faciəsinə hələ də dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməyib.
Daha ətraflı “Haber Global”ın süjetində:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO