Qəzzada ölən İsrail əsgərlərinin sayı 252-yə çatdı

Qəzzada ölən İsrail əsgərlərinin sayı 252-yə çatdı

Hazırda oxunan: Qəzzada ölən İsrail əsgərlərinin sayı 252-yə çatdı
183995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail ordusunun çavuşu Lior Raviv Qəzza şəhərindəki “Şifa” xəstəxanasında terrorçulara qarşı keçirilən reyd zamanı həlak olub.

Bizim.Media  xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd olunub ki, 21 yaşlı çavuş “Nahal” Briqadasının 932-ci batalyonunda xidmət edib.

O, İsrailin Qəzza zolağına hücumundan sonra ölən 252-ci İsrail əsgəri olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub.

Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO