Qubada Novruz festivalı – FOTO/VİDEO 

Qubada Novruz festivalı – FOTO/VİDEO 

Hazırda oxunan: Qubada Novruz festivalı – FOTO/VİDEO 

182558

Qubada "Gəncliyimizin baharı "adlı Novruz festivalı keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin təşkilatçılığı və Gənclər və İdman və Mədəniyyət Nazirliklərinin dəstəyi ilə reallaşıb.

Bizim.Media xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan festivalda Quba-Xaçmaz Regional və Elm və Təhsil İdarəsi üzrə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon təhsil sektorlarının hazırladığı rayonlar üzrə stentlər quraşdılırıb.

Hər təhsil sektoru üçün 3 rayon üzrə xüsusi guşə yaradılıb. Qusar təhsil sektorunun hazırladığı  guşədə Şəki, Zaqatala və Qusar rayonlarının milli yemək, çərəz, şirniyyat və qutab növləri sərgilənib. 

Şəki bölümündə bu qədim şəhərə məxsus 20 şirniyyat növü ilə yanaşı məşhur Şəki pitisi də qubalı qonaqlara təqdim olunub.
Quba, Xaçmaz, Lənkəran-Astara, Şabran-Siyəzən, Gəncə-Qazax, Naxçıvan, Bakı-Abşeron mətbəxinə aid müxtəlif çərəz, şirniyyat, yemək növləri də festival iştirakçılarının ağzını dada gətirib. Bölgələrə məxsus qədim məişət əşyaları, şagirdlərin əl işləri də izləyənlərin marağına səbəb olub.

Festival boyu müxtəlif rəqs və mahnılar ifa edilib, idmançılar və sim pəhləvanları öz bacarıqlarını nümayiş etdiriblər. Hava yağışlı və soyuq olsa da Quba şəhər sakinləri Novruz festivalını maraqla izləyiblər.
 































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO