Zaqatalada ikimərtəbəli, doqquz otaqlı ev YANIB - VİDEO

Zaqatalada ikimərtəbəli, doqquz otaqlı ev YANIB - VİDEO

Hazırda oxunan: Zaqatalada ikimərtəbəli, doqquz otaqlı ev YANIB - VİDEO

180014

Fevralın 26-ı saat 19:23-də Zaqatala rayonunun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan ikimərtəbəli, doqquz otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə  Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın məhdudladırılıb, söndürülmə işləri aparılır.

İlkin məlumata görə, xəsarət alan olmayıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO