Bakıda narkoşəbəkənin təbliğatçıları saxlanıldı

Bakıda narkoşəbəkənin təbliğatçıları saxlanıldı

Hazırda oxunan: Bakıda narkoşəbəkənin təbliğatçıları saxlanıldı
178615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü A.H olduğu məlum olub.

Qeyd edilib ki, əmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.
"DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcəkdir. "Telegram" platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib", - deyə məlumatda vurğulanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO