Ən kiçiyi 10 günlük olan daha 20 uşaq sığınacağa YERLƏŞDİRİLDİ

Ən kiçiyi 10 günlük olan daha 20 uşaq sığınacağa YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Ən kiçiyi 10 günlük olan daha 20 uşaq sığınacağa YERLƏŞDİRİLDİ

177958

1 yanvar 2024-cü il tarixdən 13 fevral 2024-cü il tarixədək Azərbaycan Uşaqları İctimai Birliyinin  nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə 20 nəfər uşaq yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə sığınacağa yerləşdirilən uşaqlar sosial cəhətdən təhlükəli vəziyyətdə olan, erkən evlilik, nişanlılıq, fiziki, cinsi zorakılıq, hamiləlik və s. səbəblərdən olanlardır. Onlardan 10 nəfəri qız, 10 nəfəri oğlandır. Ən kiçiyinin yaş həddi 10 günlük, ən böyüyünün isə yaş həddi 17- dir. 

Yanvar və fevral ayının ilk 10 günündə sığınacaqdan ailəsinə təhvil verilən uşaqların sayı isə 3 nəfər olub. 

Uşaqların hər birinin yerləşdirilməsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib. Uşaqlar yerləşdikdən sonra qiymətləndirməni Sosial Xidmətlər Agentliyi əməkdaşları həyata keçirib. 

Ümumilikdə Sığınacaqda bu günə qeydə alınmış uşaqların sayı 47 nəfərdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO