"Azneft" dairəsində ağır qəza: Xəsarət alanlar var 

Hazırda oxunan: "Azneft" dairəsində ağır qəza: Xəsarət alanlar var 

174840

Bakının Səbail rayonunda Neftçilər prospektində yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

“Changan” markalı maşının sürücüsü İstiqlaliyyət küçəsi ilə hərəkətdə olan zaman "Azneft" dairəsinə birbaşa daxil olub. Bu zaman dairədə hərəkətdə olan BMW markalı maşına çırpılıb.

“Changan” deformasiyaya uğrayıb, maşında olan sərnişin və sürücü xəsarət alıb. Hadisə yerinə gələn Təcili yardım briqadası xəsarət alan şəxslərə ilkin yardım göstərib.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO