Abşeronda bankomatdan pul çıxaranlara “yardım” edənlər SAXLANILDI – FOTO/VİDEO  

Abşeronda bankomatdan pul çıxaranlara “yardım” edənlər SAXLANILDI – FOTO/VİDEO  

Hazırda oxunan: Abşeronda bankomatdan pul çıxaranlara “yardım” edənlər SAXLANILDI – FOTO/VİDEO  
168959
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il təvəllüdlü Kamal Kərimli saxlanılıb. 

Araşdırma zamanı onların bankomatların yanında dayanaraq pul çıxaran vətəndaşlara “yardım” etmək adı ilə yaxınlaşdıqları, daha sonra onların hesablarında olan vəsaitləri ələ keçirdikləri məlum olub. 

Qeyd edək ki, B.Cəfərzadə və K.Kərimli saxlanılan zaman onların üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər. 
 


Abşeronda bankomatdan pul çıxaranlara “yardım” edənlər SAXLANILDI – FOTO/VİDEO   - foto 1

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO