Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət ALDI  

Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət ALDI  

Hazırda oxunan: Bakıda güclü külək nəticəsində 3 nəfər xəsarət ALDI  

166338

Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub. 

Bizim.Media xəbər verir ki, Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd “apa.az”a açıqlaqmasında bildirib ki, həmin şəxslər mərkəzə yerləşdirilib. 

"Külək onlardan birinin başına yük maşının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, 1 nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb. 

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub" - məlumatda qeyd edilib. 
TƏBİB-dən bildirib ki, hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO