AZAL yeni təyyarələr ALIR 

AZAL yeni təyyarələr ALIR 

Hazırda oxunan: AZAL yeni təyyarələr ALIR 
162421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “GetJet Airlines” ilə üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb. 

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur. 

“GetJet Airlines” ilə sazişin imzalanması aviaşirkətin uzunmüddətli inkişaf strategiyasına və AZAL-ın müştəri təcrübəsinin təkmilləşdırılməsi istiqamətində növbəti addımdır. Aviaşirkət sərnişinlər üçün etibarlılıq, təhlükəsizlik və rahatlığın təmin olunması üçün marşrutların sayını və tezliyini artırmaqda davam edir. 

Marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL, sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır. 
“GetJet Airlines” tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir. Litvanın “GetJet Airlines” aviaşirkəti IOSA sertifikatına malikdir və ACMI daşımaları və çarter reysləri üzrə ixtisaslaşmışdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO