Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatdı – YENİLƏNİB/FOTO/VİDEO

Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatdı – YENİLƏNİB/FOTO/VİDEO

Hazırda oxunan: Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatdı – YENİLƏNİB/FOTO/VİDEO

158287

Ötən gün vəfat edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başa çatıb. 

Bizim.Media xəbər verir ki, vida mərasimində dövlət qurumlarının rəsmiləri, ailə yaxınları, dostları iştirak ediblər.


*** 11:56

Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən mərasimdə mərhumun ailə üzvləri, dövlət xadimləri, alimlər və digər şəxslər iştirak edirlər. 

Qeyd edək ki, neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin misilsiz xidmətləri olub.

Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda 20-dən çox neft və qaz-kondensat yatağı - “Bahar”, “Günəşli”, “Azəri”, “Çıraq”, “Kəpəz” və digər yataqlar kəşf edilib. O, həmçinin 200-dən artıq elmi əsərin, 18 monoqrafiya və 8 ixtiranın müəllifidir. 
2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xoşbəxt Yusifzadənin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli qeyd olunub. 















Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO