BİZİM TƏQVİM: 11 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 11 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 11 sentyabrda baş vermiş tarixi hadisələr

154406

11 sentyabr 1795-ci ildə Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyüş olub. Qacarın qoşunları gürcüləri məğlub edərək Tiflisi ələ keçirib. Bir il sonra II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Kartli-Kaxetiya çarlığı Rusiyanın himayəsinə keçdi.

Bəs, sentyabrın 11-də dünyada nələr olub?

1. 11 sentyabr 1855-ci ildə Krım müharibəsində İngilis-Fransız və Osmanlı qüvvələri Sevastopolu ələ keçirdi. 

2. 11 sentyabr 1853-cü ildə ilk dəfə teleqraf xətti işə salınıb.

3. 1888-ci ilin bu günündə Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılıb.

4. 11 sentyabr 1914-cü ildə Rusiya Ordusu Avstriya-Macarıstan üzərində qələbə çalıb.

5. 1941-ci ilin 11 sentyabr tarixində Van gölü və ətrafında baş verən zəlzələdə 194 nəfər həlak oldu, 36 kənd tamamilə dağıldı.

6. 1973-cü ilin 11 sentyabr günü Çili dövlət rəhbəri Salvador Allende Pinoçet başçılığındakı ordu tərəfindən devrildi. Çevriliş zamanı Allende öldürüldü.

7. 11 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurulub.

8. 11 sentyabr 2001-ci ildə ABŞ-də dəhşətli terror aktları baş verib. Terrorçu kamikadzelər tərəfindən qaçırılmış üç sərnişin təyyarəsindən ikisi Nyu-Yorkda Dünya Ticarət Təşkilatının qoşa qüllələrinə, biri isə Vaşinqtonda Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) binasına çırpılıb. 3 minə yaxın insanın həyatına son qoyan terrora görə məsuliyyət Üsəma bin Ladenin “Əl-Qayda” təşkilatının üzərinə qoyulub.

9. 2014-cü ilin bu günündə Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisi açılıb. Sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edib.

10. 11 sentyabr 2015-ci ildə güclü fırtına səbəbindən Məkkədə Məscid-i Haramda olan bir kran zəvvarların üzərinə düşdü. İkisi Türk olmaqla 107 zəvvar həyatını itirdi, 238 nəfər yaralandı.

Sentyabrın 11-də bu şəxsiyyətlər xatırlanır:

1. 11 sentyabr 1823-ci ildə İngilis iqtisadçısı David Rikardo vəfat edib.

2. 1851-ci ilin bu günü məşhur pedaqoq, naşir və türkoloq İsmayıl Qaspıralı anadan olub.

3. 11 sentyabr 1913-cü ildə kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (1913 – 7.5.1998) anadan olub. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

4. 11 sentyabr 1937-ci ildə dünya şöhrətli Rusiya müğənnisi İosif Kobzon dünyaya göz açıb.

5. Suriya prezidenti Bəşər Əsəd 11 iyun 1965-ci ildə doğulub.

6. 11 sentyabr 1971-ci ildə 1953-cü ildən 1964-cü ilə kimi Sov.İKP MK Baş katibi, 1958-ci ildən 1964-cü ilədək SSRİ Nazirlər Sovetinin sədri olan Nikita Xruşşov vəfat edib (1894-1971). 

7. 11 sentyabr 2001-ci ildə Xalq artisti Məmməd Quliyev (15.3.1914 – 2001) vəfat edib. O Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

Surxay Atakişiyev, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO