Bir gün əvvəl içilən spirtli içkiyə görə sürücü cərimələnə BİLƏRMİ? – RƏSMİ AÇIQLAMA

Bir gün əvvəl içilən spirtli içkiyə görə sürücü cərimələnə BİLƏRMİ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bir gün əvvəl içilən spirtli içkiyə görə sürücü cərimələnə BİLƏRMİ? – RƏSMİ AÇIQLAMA

153177

Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

Bu Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi haqqında” qərarının 333-cü bəndində qeyd olunur.

Sürücülərin əksəriyyəti dünən qəbul etdiyi spirtli içkiyə görə 1 gün sonra cərimələnməni düzgün hesab etmir. Bəs yol polisi sürücünü dünən içdiyi spirtli içkiyə görə bugün cərimələyə bilər?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli Bizim.Media-nın sualına cavab olaraq bildirib ki, sürücü spirtli içkini çoxdan ya gün ərzində qəbul etməsinin heç bir əhəmiyyəti yoxdur, vacib olan qanda aşkarlanan normadır:
 

MÖVZU İLƏ BAĞLI:

İcazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat CƏRİMƏLƏNƏCƏK


“Alkoqollu içkilərin qandakı miqdari deyildikdə etil spirtinin qandakı konsentrasiyası nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarında da müəyyən olunmuş qaydalarda göstərilir ki, qanda 0,3 promil və daha artıq spirt aşkarlandıqda, həmin şəxs spirtli içkinin təsiri altında olmaq sayılır. Yəni bu artıq inzibati xəta tərkibini yaradan haldır. Bu halda sürücü 333-cü maddəyə əsasən məsuliyyət daşıyır. Sürücü spirtli içkini istər axşam, istər səhərə yaxın, istərsə də yoxlamadan 1 saat əvvəl qəbul etsin, bunun fərqi yoxdur. Yenə də cərimələnə bilər. İçkinin axşam saatlarında içilib, səhər aşkarlanması tibbi baxımdan mümkün olan prosesdir”.

Spirtli içkinin təsiri altında avtomobil idarə edənləri hansı cəza gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 333-cü bəndində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək inzibati həbs tətbiq olunur.

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO