Həftəsonu milli parklarda gözlənilən hava PROQNOZU 

Həftəsonu milli parklarda gözlənilən hava PROQNOZU 

Hazırda oxunan: Həftəsonu milli parklarda gözlənilən hava PROQNOZU 
149455
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həftəsonu milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına əsasən avqustun 5 və 6-da milli parklar üçün hava proqnozunu təqdim edir: 

Samur –Yalama milli parkı 

Havanın arabir yağışlı keçəcəyi, 05-i gündüz 06-da əsasən yağmursuz olacağı gözlənilir. 

Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30°isti olacaq. 

Altıağac milli parkı 

İstirahət günlərində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. 

Ağgöl milli parkı 

Ağgöl milli parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. 

Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-30° isti olacaq. 

Qızılağac milli parkı 

Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. 

Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq. 

Göygöl milli parkı 

Arabir leysan xarakterli, intensiv yağış yağacağı gözlənilir, 05-də gündüz, 06-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti , gündüz 20-25° isti olacaq. 

Şirvan milli parkı

Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. 

Hirkan milli parkı 

Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO