Bakıda iki sərnişin avtobusu TOQQUŞDU: Yaralananlar var 

Hazırda oxunan: Bakıda iki sərnişin avtobusu TOQQUŞDU: Yaralananlar var 

147678

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

Qeyd olunub ki, bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub. 

“İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur. 
Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO