Güclü sel qərb bölgəsində infrastruktura ciddi ZƏRƏR VURUB 

Hazırda oxunan: Güclü sel qərb bölgəsində infrastruktura ciddi ZƏRƏR VURUB 

138031

Göygöldə yağan güclü və davamlı yağışlar nəticəsində rayonun Kərəmli, Topalhəsənli, Şəhriyar və Zurnabat kəndlərində sel sularının səviyəsi artıb. Nəticədə 5 avtomobil və qaz xəttləri yararsız hala düşüb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Göygöl Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

Bildirilib ki, mayın 25-də axşam saatlarında qərb istiqamətində yağan güclü leysan yağışlar nəticəsində rayonun ərazisində güclü selin gəlməsi yollara, avtomobillərə, qaz təsərrüfatına, kənd təsərrüfatına ciddi zərər vurub.

Aidiyyəti qurumların iştirakı ilə təxirəsalınmaz işlərin aparılması nəticəsində yolda hərəkət bərpa edilib. Yaşayış məntəqələrinə təbbi qaz və elektirik enerjisinin verlməsi qismən bərpa edilib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyan hesablanır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO