Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq...

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq...

Hazırda oxunan: Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq...

137294
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO