Cənnət alması

Cənnət alması

Hazırda oxunan: Cənnət alması

125581

Əzizimiz Almaxanım !

Sizi 8 mart Beyhəlxalq Qadınlar bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm ! Sənət yollarında yüksəliş, xalqxa0 və Allah sevgisi Sizin hər zaman qismətiniz olsun! Mən bilrəm ki, Atan Vüqar Əhməd Sizi həddindən ziyadə sevir, Sizin böyük gələcəyinizə ümidlər bəsləyir. Sizin son dəfə səsləndirdiyiniz mahnıya qulaq asandan sonra mən özüm də bu fikrə gəldim ki, Siz Allah sevgisində olan gənclərdənsiniz. Allah sevmədiyi insanlara təbiət vergisi verməkdən çəkinər. Siz Cənnət alması olduğunuz qədər də Böyük Yaradanın himayəsində və amanındasınız. Sizə uğurlar diləyirəm mənim Alma balam ! Mən inanıram ki, Siz gələcəyin ən gözəl müğənnilərindən birixa0 və Ulu Türkün musiqi mədəniyyətinixa0 zaman-zaman yaşadan nüfuzlu şəxslərdən biri kimi tanınacaqsınız. Mən bu fikrimə şübhə etmirəm !

xa0

Gül kimi əzizmiş torpağın ətri,

On ildir yad eldə sirinsəmişəm.

Alma balamızın səsindən ötrü,

Ay Allah, nə qədər qəribsəmişəm.

xa0

Şaqraq zəngulənin, şirin nəfəsin,

Cənnəti andıran cazibəsi var.

Sənət yollarında eşqin, həvəsin,

Səsin də Tanrı tək möcüzəsi var.

xa0

Bu səs o səslərin tayı deyil ki,

Ərzin yaddaşından getsin, silinsin.

Bu səs, bu cahana elə gəlib ki,

Səslər arasında ŞAH tək bilinsin !

xa0

Sən cəhcəh vurarsan ərzi silkələr,

Bülbülün cəhcəhi dayanar, bəlkə.

Sənin bal səsinə Ay qonaq gələr,

Ulduzlar yuxudan oyanar, bəlkə.

xa0

Səsin şimşək təki girdi qəlbimə,

Özümü apardı özümdən mənim.

Nisgil hücum çəkdi yanan dərdimə,

Bir gilə yaş gəldi gözümdən Mənim. . .

xa0

ƏŞRƏFxa0 HÜSEYNLİ

xa0

xa0

Cənnət alması
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO