Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

Hazırda oxunan: Zelenski Yaroslavl və Tulaya zərbələri təsdiqlədi: "Müharibə gəldiyi yerə qayıdır" - VİDEO

619213

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Yaroslavl vilayətindəki neft bazasına və Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən "Azot" kimya zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə silsilə zərbələr endirilməsi faktını rəsmən təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısı ölkəsinin Rusiya ərazisinin dərinliklərinə yönəlmiş uzaqmənzilli zərbələr planını uğurla icra etdiyini bəyan edib.

Moskvanın müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini qeyd edən Zelenski bəyanatında bu fikirləri vurğulayıb

"Ukrayna Rusiya ərazisinə uzaqmənzilli zərbələr planını reallaşdırır və Moskvanın müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq qarşıya qoyulan tapşırıqları icra edir. Müharibənin gəldiyi yerə qayıtması tamamilə məntiqlidir. Ukraynaya sülh lazımdır".

Xatırladaq ki, ötən gün Yaroslavl vilayətinin qubernatoru neft bazasında yanacaq çəninin vurulduğunu, Tula rəhbərliyi isə sənaye müəssisəsinin ərazisinə PUA qalıqlarının düşməsi nəticəsində yanğın çıxdığını bəyan etmişdi. Ukrayna mənbələri isə hədəfin hərbi sənaye üçün mühüm əhəmiyyət kəsb edən "Azot" kimya zavodu olduğunu bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO