Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

Hazırda oxunan: Rusiya XİN ukraynalılar üçün vizasız rejimin saxlanılma səbəbini açıqladı

619241

İki ölkə arasında vizasız gediş-gəliş haqqında ikitərəfli sazişin qüvvədən düşməsinə baxmayaraq, Ukrayna vətəndaşları hələ də Rusiyaya vizasız daxil olmaq imkanını qoruyub saxlayırlar. Rusiya tərəfi bu qərarın hansı səbəbdən verildiyinə aydınlıq gətirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov məlumat verib.

XİN rəsmisi vurğulayıb ki, rəsmi Moskva Ukrayna vətəndaşları üçün vizasız rejimi tamamilə humanitar amilləri rəhbər tutaraq qüvvədə saxlayıb:
 

"İkitərəfli sazişin fəaliyyətinin dayandırılmasına baxmayaraq, Ukrayna vətəndaşlarının Rusiyaya vizasız gəlişi humanitar mülahizələrə görə qorunub saxlanılır. Bu addım ailə bağlarının qorunması və çətin vəziyyətdə olan mülki şəxslərə maneəsiz hərəkət imkanının yaradılması məqsədi daşıyır".


Xatırladaq ki, Ukrayna tərəfi hələ bir müddət əvvəl Rusiya vətəndaşları üçün viza rejimini bərpa etsə də, Rusiya Federasiyası analoji addımı atmayaraq birtərəfli qaydada ukraynalıların ölkəyə vizasız girişinə icazə verməyə davam edir.

Bununla belə, hazırda Ukrayna vətəndaşlarının Rusiya ərazisinə daxil olması təhlükəsizlik tədbirləri çərçivəsində yalnız müəyyən olunmuş xüsusi buraxılış məntəqələri (məsələn, Şeremetyevo hava limanı) vasitəsilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO