Bakıda arvadı boşanmaq istəyən ər qayınatasının evini yandırdı

Bakıda arvadı boşanmaq istəyən ər qayınatasının evini yandırdı

Hazırda oxunan: Bakıda arvadı boşanmaq istəyən ər qayınatasının evini yandırdı
112805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qayınatasının evini yandırmaq istəyən şəxsə hökm oxunub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, R.Camalov (şərti) su şüşələrinə yanacaq doldurmaqla əvvəlcədən hazırladığı "molotov kokteyl”lərini Xəzər rayonunda yerləşən həyət evinin pəncərəsinə atıb.

İki ədəd plastik pəncərəni, bir ədəd pəncərə torunu, evin divarını və kondisionerin mühərrikini qəsdən yandıraraq 670 manat məbləğində əmlakı məhv edib. Eləcə də, yanğını söndürmək istəyərkən qayınatası yüngül dərəcəli yanıq xəsarətləri alıb.

Ekspertiza zamanı müəyyən edilib ki, evin qiyməti 280 min manatdır. Beləliklə, R.Camalov həm də külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etməkdə ittiham edilib.

R.Camalov bu əməli həyat yoldaşı ilə qısqanclıq zəminində yaranan münaqişə nəticəsində törətdiyini bildirib. Belə ki, bir müddət öncə arvadı ondan ayrılaraq atasıgilə gedib. Camalov yoldaşı ilə danışmağa cəhd etsə də, sonuncu onunla görüşməyib. Bundan sonra R.Camalov onun qaldığı evi yandırmaq qərarına gəlib. O, ifadəsində hadisəni törədərkən məqsədinin onları qorxutmaq olduğunu, başqa niyyətinin olmadığını bildirib.
Xəzər Rayon Məhkəməsi hökmü ilə Rəşada 3 il 6 ay şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO