Cəbrayılda hərbçilərimiz qəzaya düşüb – Ölən var - ÖZƏL

Cəbrayılda hərbçilərimiz qəzaya düşüb – Ölən var - ÖZƏL

Hazırda oxunan: Cəbrayılda hərbçilərimiz qəzaya düşüb – Ölən var - ÖZƏL

105535

Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qəzaya düşüb. Qəza nəticəsində  bir nəfər DSX əməkdaşının dünyasını dəyişdiyi deyilir. Yaralılar var.

Bizim.Media-nın hadisə ilə bağlı sorğusuna Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən cavab verilib. 

Cavabda bildirilib ki, bu gün DSX-yə məxsus "UAZ" markalı xidməti avtomobil  Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində hərəkətdə olarkən "Shaqman" markalı yük avtomobili  "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib: 

“Qəza nəticəsində DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin  müdaxiləsinə  baxmayaraq  dünyasını dəyişib. Digər yaralıların müayinə və müalicəsi davam etdirilir."

Aytəkin Alxaslı, BizimMedia, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO