Seçkiöncəsi son görüşlər

Seçkiöncəsi son görüşlər

Hazırda oxunan: Seçkiöncəsi son görüşlər

103613
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya, Ukrayna, Qazaxıstan, Moldova, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Mərkəzi Seçki komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, Məzahir Pənahov xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri ilə görüşdən məmnunluğunu ifadə edib. MSK sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında böyük əhəmiyyətə malikdir.

MSK sədri M.Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO