Fahrettin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub - FOTO

Fahrettin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub - FOTO

Hazırda oxunan: Fahrettin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub - FOTO

603371
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına gəlib.
 
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir hospitallarda yaradılmış şəraitlə tanış olub.
 
Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fahrettin Kocaya yaradılmış şəraitlə bağlı məlumat verib.
 
Onlar hazırda hospitalda müayinə olunan xəstələrin son durumu ilə maraqlanıblar.
 
F.Koca tibb personalına gördükləri işlərə görə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO