"Mançester Siti" və "Liverpul"dan qələbə - VİDEO

"Mançester Siti" və "Liverpul"dan qələbə - VİDEO

Hazırda oxunan: "Mançester Siti" və "Liverpul"dan qələbə - VİDEO
637723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə Premyer Liqasının V turunda "Mançester Siti" "Sanderlend"i 5:3, "Liverpul" isə "Bornmut"u 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki,  "Mançester Siti"nin "Etihad" stadionunda keçirilən görüşündə hesabı 9-cu dəqiqədə Enzo Fernandes açıb.

"Sanderlend"in hücumçusu Brayan Brobbi 12-ci dəqiqədə tarazlığı bərpa edib.

29-cu dəqiqədə Rayan Şerki "şəhərlilər"i yenidən önə keçirib. Brobbi 33-cü dəqiqədə ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Semenyo 43-cü dəqiqədə fərqlənərək "Mançester Siti"ni fasiləyə üstün yollayıb.
 

Semenyo 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Brobbi 59-cu dəqiqədə het-trik edərək fərqi minimuma endirib. Lakin 81-ci dəqiqədə Erlinq Holandın qolu "Mançester Siti"yə 5:3 hesablı qələbə qazandırıb.


"Mançester Siti" beş turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. "Sanderlend" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

"Bornmut" - "Liverpul" qarşılaşması isə "Vitaliti" stadionunda keçirilib. Görüşün yeganə qolunu 57-ci dəqiqədə "Liverpul"un hücumçusu Aleksander İsak vurub.

Bu qələbədən sonra "Liverpul" 9 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Bornmut" isə 3 xalla 16-cıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO