ADB-nin vitse-prezidentinin Azərbaycana səfəri başladı

ADB-nin vitse-prezidentinin Azərbaycana səfəri başladı

Hazırda oxunan: ADB-nin vitse-prezidentinin Azərbaycana səfəri başladı

93359

Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, sentyabrın 15-dək davam edəcək səfər zamanı yüksək səviyyəli qonaqların hökumətin iqtisadi blokuna daxil olan rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səfərin əsas məqsədi ADB-nin fəaliyyətini müşahidə etmək, ölkənin inkişaf tələblərini daha yaxşı öyrənmək və 2023-cü ildə hazırlanacaq Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri üzrə məsləhətləşmələr aparmaqdır.

Səfər çərçivəsində vitse-prezident Şiksin Çenin Naxçıvan Muxtar Respublikasına, Ş.Çeni səfərdə müşayət edən bankın baş direktoru Yevgeni Jukovun isə işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri də nəzərdə tutulub.
Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard ABŞ dollara yaxın vəsait alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO