Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

Hazırda oxunan: Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

821

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Castin Trüdou ilə telefon danışığı aparıb, görüş zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.Türkiyə prezidenti xatırladıb ki, Azərbaycan-Ermənistan münaqişəsinin səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistanın işğalı altında olmasıdır.Ərdoğan vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, öz ərazisində əks-hücum əməliyyatı keçirir. Məlumata əsasən, Ərdoğan və Trüdo ikitərəfli ticarətin artırılması və müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığında problemlərin aradan qaldırılması istiqamətində addımları müzakirə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO