Paşinyan son çıxışında hansı mesajları verib? - DETALLAR

Hazırda oxunan: Paşinyan son çıxışında hansı mesajları verib? - DETALLAR

76351

Mayın 25-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, “Azərbaycan tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmadığını bəyan edir və bundan danışır. Bizim üçün bu məqbuldur. Çünki bizim üçün Dağlıq Qarabağ ərazi məsələsi deyildi. Bu, hüquq məsələsidir”. 

Paşinyanın bu fikirləri bəzi məqamları üzə çıxarmış oldu və bunlar hansılardır?

Birincisi, Ermənistan birmənalı şəkildə nəinki Azərbaycanın digər əraziləriylə, hətta Qarabağla bağlı torpaq iddialarından əl çəkir.

İkincisi, Ermənistan Azərbaycan qarşısında çox gücsüz və əlacsız olduğunu etiraf edir, rəsmi Bakının bütün tələblərinə boyun əymək zorunda olduğunu göstərir.

Üçüncüsü, rəsmi İrəvan Qarabağın statusu məsələsini gündəlikdən çıxarır. Ən yaxşı halda Qarabağda yaşayan ermənilər üçün rəsmi Bakıdan müəyyən imtiyazlar almağa çalışır.

Dördüncüsü, Paşinyan ən qısa zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına məcburdur. 

Beşincisi, erməni cəmiyyətinə isti mesaj ötürməklə artıq müharibə ritorikasından əl çəkməyi, normal münasibətlərin başlanmasının vaxtı gəldiyini bildiri. Həm də qeyd edir ki, artıq bizim müharibə edəcək gücümüz də yoxdur, daxildəki iğtişaşlar da bizi Azərbaycan qarşısında daha da zəif düşürür.
 

MÖVZU İLƏ BAĞLI:

Etirazçılar hökumət binasına hücum etdi - PAŞİNYAN DAMA SNAYPERÇİLƏRİ ÇIXARDI - FOTO/VİDEO


Bununla da Paşinyan ən azından öz hakimiyyətini saxlamaq üçün Rusiya və Qərbin etimadını qazanmaq istəyir.  

Görünən odur ki, Ermənistanın bir dövlət kimi tarixdə qalması üçün Azərbaycanla sülh sazişinin bağlaması əsas şərtdir. Bağlanacaq sülhün Paşinyan hakimiyyətinə nə qədər divident gətirəcəyini isə zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO