“Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır” – Prezident - VİDEO

“Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır” – Prezident - VİDEO

Hazırda oxunan: “Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır” – Prezident - VİDEO
71997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib. 

Dövlət başçısı qeyd edib ki, konfrans zamanı onun iştirakçıları Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı planları ilə tanış olublar: 
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq beyin mərkəzlərinin növbəti konfransı Laçında olacaq


“Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk”. 

“Bundan əlavə, ən mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və beynəlxalq təşkilatlarla birgə mövqelərimizi və regiona baxışımızı təqdim etməkdir. Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları yerlərdə qəbul etməsi də çox vacib idi və bu baş verdi. Eyni zamanda, biz Qafqazda yeni dövrün - sülh və əməkdaşlıq dövrünün fəal şəkildə tərəfdarıyıq.

Nəhayət, bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Hökumət Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi - Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan prinsipləri qəbul edib”, - ölkə lideri bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO