MHP sədri İlham Əliyevi təbrik etdi

MHP sədri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: MHP sədri İlham Əliyevi təbrik etdi
7057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsip və düşüncəsinin tarixdə təsdiqini tapmış nadir və güclü ölkələrdir".

"Biz dostdan daha çox qardaşlıq əlaqələri ilə bir-birinə bağlanmış, coğrafi cəhətdən fərqli olsa da, xəyalları və hədəfləri eyni olan türk millətinin övladlarıyıq".

"2020-ci il problemlərlə dolu mürəkkəb il olsa da, Zati-alinizin liderliyi ilə qəhrəman əsgərlərinizin mübarizəsi nəticəsində Qarabağda möhtəşəm bir zəfər qazanılıb".

"Bu qələbə haqq işinin,haqq-ədalətə riayət edən bir inancın mükafatıdır".

"Heç şübhəsiz, Ankara və Bakının ürəyi bir döyünür".

"Tarix və millət qarşısında iftixarla bildirmək istəyirəm ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, layiq olduğu səviyyəyə çatmasına Sizin də böyük töhfələriniz vardır".

"Zati-alinizin və Sizin şəxsinizdə bütün azərbaycanlıların Yeni ilini ən dərin hisslərimlə təbrik edir, səmimi salamlarımı və ehtiramımı bildirirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO