Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto

Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto

Hazırda oxunan: Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto
648868
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.

Bizim.Media xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.
 

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər.


“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə etdilər.

“Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “ROX Group” arasında İcra Müqaviləsi”ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və “ROX Group”un təsisçisi və sədri Tran Anh Tuan mübadilə etdilər.

Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 1
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 2
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 3
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 4
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 5
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 6
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 7
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 8
Prezidentlər Birgə Bəyanat qəbul etdilər – Foto - foto 9


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO