Həkimin evinin bağbanı onun sürücüsünü bıçaqlayıb qaçdı - Video

Həkimin evinin bağbanı onun sürücüsünü bıçaqlayıb qaçdı - Video

Hazırda oxunan: Həkimin evinin bağbanı onun sürücüsünü bıçaqlayıb qaçdı - Video
648856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 74 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə bağban şübhəli bilinir.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 8-ci dalanda yerləşən stomatoloqa məxsus evdə baş verib.

Həkimin bağbanı ilə sürücüsü arasında yaranan münaqişənin sonu qanla bitib.

İddialara görə, tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib. Həkimin sürücüsü işləyən Həsənağa Həsənovu bıçaqlamaqda şübhəli bilənən bağban Zakir adlı şəxs dərhal ərazini tərk edib. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Hadisə baş verəndən sonra ev sahibi qonşuları köməyə çağırıb.

Qonşular bildirirlər ki, həmin şəxslər arasında indiyədək münaqişə yaşanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO