
- A-
- A
- A+
Cəmiyyət
06:27 / 21.11.2026
1 dəq oxunma
Şəmkirdə 35 yaşlı qadın abort zamanı öldü
Hazırda oxunan: Şəmkirdə 35 yaşlı qadın abort zamanı öldü
648862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəmkirdə qadın abort zamanı ölüb.
Bizim.Media apa--ya istinadən xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zaman qəfil halı pisləşib.
Qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.
Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































