Tramp Putin və Si Cinpinlə görüşü son illərin ən mühüm hadisəsi adlandırdı

Tramp Putin və Si Cinpinlə görüşü son illərin ən mühüm hadisəsi adlandırdı

Hazırda oxunan: Tramp Putin və Si Cinpinlə görüşü son illərin ən mühüm hadisəsi adlandırdı
648859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tramp Putin və Si Cinpinlə üçtərəfli görüşü son illərin ən mühüm hadisələrindən biri adlandırıb.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə münasibətlərindən danışarkən belə açıqlama verib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə ortaq dil tapmaq, yaranan fikir ayrılıqlarını aradan qaldırmaq ona müyəssər olur.

Trampın sözlərinə görə, ABŞ, Rusiya və Çin, xüsusilə texnologiya sahəsində dünyanın ən güclü üç dövlətidir. ABŞ lideri Ukrayna ilə bağlı danışıqların uğurla irəlilədiyini və münaqişənin sülh yolu ilə həll olunması şansının yüksək olduğunu da qeyd edib.

O, həmçinin nüvə müharibəsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və belə bir müharibədə qalibin olmayacağını bildirib.

Bundan əlavə, Tramp yaxın vaxtlarda təxminən 10 yeni ticarət sazişinin imzalanacağını açıqlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO