Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar

Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar

Hazırda oxunan: Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
648863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərənin “Lester” klubu satışa çıxarılmayacaq

Bizim.Media “The Telegraph”a istinadən xəbər verir ki, klubun rəhbərliyi əməkdaşlara “Lester”in satış prosesinin dayandırıldığını bildirib.

Avqust ayında satışa çıxarılan klubun bütün aktivləri üçün sahibləri 300 milyon dollar tələb edirdi.

Klubun İdarə Heyətinin sədri, tailandlı iş adamı Ayavatt Srivaddhanaprabha “Lester”in satışı ilə bağlı bütün prosesləri dayandırmaq barədə yekun qərar qəbul edib. 

Bildirilir ki, Srivaddhanaprabha əvvəlcə də klubu satmaq niyyətində olmayıb. 2010-cu ildə King Power şirkəti tərəfindən alınan “Lester”in rəhbərliyi hazırda əsas diqqətini bu mövsüm yüksək liqaya qayıtmağa yönəldib.

Qeyd edək ki, "Lester" 2015/16 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olub, 2020/21 mövsümündə isə ölkə kubokunu qazanıb. Lakin klub ardıcıl iki dəfə aşağı liqaya düşdükdən sonra hazırda İngiltərənin üçüncü səviyyəsi olan Birinci Liqada çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO