Arestoviç: “Azərbaycan rəhbərliyi yüksək səviyyəli, uzunmüddətli oyun siyasəti nümayiş etdirir” - FOTO

Arestoviç: “Azərbaycan rəhbərliyi yüksək səviyyəli, uzunmüddətli oyun siyasəti nümayiş etdirir” - FOTO

Hazırda oxunan: Arestoviç: “Azərbaycan rəhbərliyi yüksək səviyyəli, uzunmüddətli oyun siyasəti nümayiş etdirir” - FOTO

629610

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç özünün “Facebook” səhifəsində Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmasını şərh edib.

“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın yoluna nəzarəti ələ keçirib. İki il yarım əvvəl, atəşkəs razılaşması imzalanandan sonra bir çox azərbaycanlı mənəvi ruh düşkünlüyünə qapıldı, “... sonadək döyüşmədilər, bütün torpaqları almadılar” dedi. Dedim ki, bu ancaq başlanğıcdır. Hər şey sizin olacaq. Qarşılaşdığınız problemləri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb.

Bu gün Azərbaycan rəhbərliyi bir daha yüksək səviyyəli, uzunmüddətli oyun siyasəti nümayiş etdirir. Buna yalnız paxıllıq etmək olar”, - Arestoviç yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO