Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hazırda oxunan: Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO
625035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin Televiziya və Radio Kanalları üçün İnformasiya Fəaliyyəti Departamentinin baş eksperti Nurlan Bertısov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin müttəfiqlik xarakteri daşıdığı vurğulanıb.

Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin informasiya və media sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
 

Söhbət zamanı Hikmət Hacıyev sosial media platformaları ilə bağlı məsələlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, birgə informasiya kontentlərinin hazırlanması, dezinformasiyaya qarşı birgə mübarizənin təşkilinin vacibliyini bildirib. Eləcə də Qazaxıstanda Azərbaycan televiziya kanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb.


Kanat İskakov və Nurlan Bertısov IV Şuşa Qlobal Media Forumunun uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıblar. Onlar, həmçinin Prezident İlham Əliyevin Forum çərçivəsində media nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirərək, dövlətimizin başçısının çoxsaylı sualları ətraflı və açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər.

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO - foto 1
Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO - foto 2
Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO - foto 3
Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO