Donald Tramp İlham Əliyevi TƏBRİK ETDİ

Donald Tramp İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Donald Tramp İlham Əliyevi TƏBRİK ETDİ

615595

ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media təbrik məktubunu təqdim edir:

"Müstəqillik Gününüz münasibətilə Sizi və əziz Azərbaycan xalqını təbrik etmək istəyirəm.

2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır.

Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir. Ötən ilin avqust ayında parafladığınız sülh sazişinin irəlilədirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər, həmçinin sərhədlərin delimitasiyası üzrə davam edən proses, 2026-cı ilin yanvar ayında dörd erməni məhbusun azad olunması, Ermənistana yanacaq tədarükü və hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən "Sülh Körpüsü" təşəbbüsü bizi ruhlandırır.

Biz strateji tərəfdaşlığımızı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO