Nursultan Nazarbayev İlham Əliyevin hər iki bayramını təbrik etdi

Nursultan Nazarbayev İlham Əliyevin hər iki bayramını təbrik etdi

Hazırda oxunan: Nursultan Nazarbayev İlham Əliyevin hər iki bayramını təbrik etdi

615366

Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.
 

Qurban bayramının dövlət bayramı ilə üst-üstə düşməsi rəmzi məna daşıyır. Qoy, bütün müsəlmanların xeyirxahlıqla dolu olan bu böyük bayramı bəşəriyyəti yüksək mənəvi dəyərlərə çatdırsın, ona Uca Yaradanın mərhəmətini və şəfqətini nəsib etsin.


Qardaş Azərbaycan xalqına davamlı sürətli inkişaf və firavanlıq diləyir, həmçinin Sizin rəhbərliyinizlə qarşıda duran bütün məqsədlərə nail olunması ilə bağlı ən xoş arzularımı ifadə edirəm.

Ümidvaram ki, Sizinlə qurduğumuz qarşılıqlı hörmət uzun illər davam edəcək. Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayramlar münasibətilə Sizə möhkəm cansağlığı, böyük uğurlar, Azərbaycan xalqına isə həmişə sülh və tərəqqi arzulayıram.

Ən xoş arzularla".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO