Ərdoğandan ortaq türk əlifbası MESAJI

Ərdoğandan ortaq türk əlifbası MESAJI

Hazırda oxunan: Ərdoğandan ortaq türk əlifbası MESAJI

613336

“Ortaq türk əlifbasının təhsildən mədəniyyətə, akademik əməkdaşlıqdan rəqəmsal transformasiyaya qədər geniş sahələrdə istifadə olunması mühüm əhəmiyyət daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
 

“Hava və dənizdə təhlükəsizlik necə həyati və zəruridirsə, kibertəhlükəsizlik də eyni dərəcədə vacibdir. Növbəti dövr sədrliyimiz zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində kibertəhlükəsizlik sahəsində koordinasiya və əməkdaşlığı daha da irəli aparmağı hədəfləyirik.


Bu günə qədər mədəni sahədə əldə etdiyimiz nailiyyətlər türk inteqrasiyasının ən mühüm sütunlarından birinə çevrilir.

Ötən il Səmərqənddə keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Günü elan olunması hamımızın ortaq uğurudur. Ortaq türk əlifbasının təhsildən mədəniyyətə, akademik əməkdaşlıqdan rəqəmsal transformasiyaya qədər geniş sahələrdə istifadə olunması mühüm əhəmiyyət daşıyır.

Ortaq dilimizin zənginliyini rəqəmsal dünyada görünən edəcək türk dili modeli və buna bənzər süni intellekt əsaslı inkişafların dəstəklənməsinin vacib olduğuna inanıram”, - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO