Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Hazırda oxunan: Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

612270

Ukraynalı jurnalist Dmitri Qordon Azərbaycanla Ermənistan arasında sülhün ədalətli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
 

Qordonun sözlərinə görə, Azərbaycan və Ermənistan Ukrayna üçün dost ölkələrdir. O hesab edir ki, iki ölkə arasındakı münaqişə böyük ölçüdə Rusiyanın siyasətinin və sovet keçmişinin nəticəsi olub.


Jurnalist bildirib ki, Azərbaycan “özünə məxsus olanı geri qaytarıb” və bununla tarixi ədaləti bərpa edib.

Qordon bunu Ukrayna üçün də mühüm nümunə adlandırıb. Onun sözlərinə görə, Ukrayna da gec-tez öz ərazilərini geri qaytaracaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO